3 NƏFƏRİN DNT-sini daşıyan körpə dünyaya gəldi

İngiltərədə ilk dəfə üç nəfərin DNT-sini daşıyan körpə doğulub. Körpənin DNT-sinin böyük hissəsi valideynlərdən, təxminən 0,1 faizi isə donor qadındandır.

IVF texnologiyasında bu təməlqoyma texnikası anadan körpələrə ölümlə nəticələnə biləcək mitoxondrial xəstəliklərin ötürülməsinin qarşısını almaq üçün hazırlanıb.

Mitoxondrial xəstəliklərin müalicəsi yoxdur. Bu xəstəliklərlə doğulan körpələr bir neçə saat və ya gün ərzində ölə bilərlər.

Mitoxondriya qidanı enerjiyə çevirən demək olar ki, hər bir hüceyrədə olan kiçik bir quruluşdur.

Mitoxondrial pozğunluqlarda bədənə enerji göndərilə bilmədiyi üçün beyin zədələnməsi, əzələ atrofiyası, ürək çatışmazlığı və korluq baş verə bilər. Bu pozğunluqlar yalnız anadan körpəyə keçir.

Mitoxondriyanın dəyişdirilməsi terapiyası sağlam donordan mitoxondriyadan istifadə edərək in vitro mayalanma üsuludur.

Donordan alınan DNT mitoxondrilərin işləməsini təmin edir. Körpənin görünüşü kimi digər aspektlərinə təsir göstərmir və "üçüncü valideyn" tərəfindən əhatə olunmur.

Bu texnika İngiltərənin Nyukasl şəhərində hazırlanıb və 2015-ci ildə bu texnika ilə körpə dünyaya gətirmək üçün zəmin yaradan qanuni qaydalar hazırlanıb.

2016-cı ildə ABŞ-da müalicə alan iordaniyalı cütlük bu texnika ilə uşaq dünyaya gətirən ilk valideyn olub.

İnsan Reproduksiyası və Embriologiyası İdarəsi 20 aprel 2023-cü il tarixində ölkədə belə doğuşların "beşdən az" olduğunu açıqlayıb.

Lakin HEFA ailələrin kimliklərinin açıqlanmaması üçün dəqiq rəqəm açıqlamayıb və başqa təfərrüatlar haqqında məlumat yoxdur.

Bu məhdud məlumat İngiltərədə nəşr olunan “Guardian” qəzetinin İnformasiya Azadlığı Aktı çərçivəsində quruma etdiyi müraciətlə üzə çıxıb.

Texnika müvəffəqiyyətli olarsa, bu texnika vasitəsilə İngiltərədə hər il təxminən 150 doğumun baş verəcəyi proqnozlaşdırılır.

Sevinc Hüseynova

Saglamolun.Az