Professor Surxay Musayev vəfat etdi

Azərbaycan Tibb Universitetinin ( ATU) Tədris Terapevtik Klinikasının keçmiş baş direktoru Surxay Musayev vəfat edib.

Medicalmedia.az 
xəbər verir ki, bu barədə yaxınları bildirib.
 
Surxay Musayev 1951 -ci il fevralın 1-də Samux rayonunun (o zamanlar Xanlar rayonu) Füzuli kəndində anadan olmuşdur. 1967-ci ildə Samux rayon M.Ə.Sabir adına orta məktəbi bitirmişdir. Bir il sovxozda fəhlə işləyib.

1968-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb institutunun (indi universitet)pediatriya fakültəsinə daxil olmuş, 1974-cü ildə oranı fərqlənmə diplomu ilə bitirib.

1974-1977 -ci illərdə Azərbaycan Tibb Universitetinin I-uşaq xəstəlikləri kafedrasnda həkim, 1977-1985-ci illərdə assistent, 1986-1992-ci illərdə dosent vəzifəsində işləyib, 1992-ci ildən professor vəzifəsində işləyib.

Eyni zamanda 1974-82-ci illərdə universitet komsomol təşkilatına, 1983-88-ci illərdə universitet partiya komitəsinə, 1994-2010-cu illərdə universitet həmkarlar ittifaqı komitəsinə rəhbərlik etmişdir. 1985-ci ildə namizədlik, 1992-ci ildə doktorluq disserasiyası müdafiə edib.

150-dən çox elmi əsırin müıəllifidir. Rəhbərliyi altında 5 elmlər namizədi hazırlanmış, 4 nəfər gənc tədqiqatşı namizədlik dissertasiyası üzərində işləyib.

Qeyd edək ki, o, Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 2000-ci ildə "əməkdar həkim", 2010-cu ildə "Əməkdar elm xadimi"adina layiq görülüb.

2010-cu ilin aprel ayından Azərbaycan Respublikası Prezidenti cənab İ.Əliyevin Sərəncamı əsasında yaradılmış Azərbaycan Tibb Universitetinin Tədris-terapevtik Klinikasının direktoru vəzifəsinə təyin olunub. 

Allah rəhmət eləsin!
 

Saglamolun.Az