Загрузка...

Qripp və onun ağır fəsadları

Qripp virus infeksiyadır. Virus orqanizmimizə selikli qişalardan və nəfəs yollarından daxil olur, orqanizmin hüceyrələrinin içərisinə keçir və burada çoxalmağa başlayır.

Qripp zamanı bədən hərarəti 38,5 C-dən yuxarı qalxır. Digər kəskin respirator infeksiyaları zamanı hərarət daha aşağı olur. Bu qripi digər respirator infeksiyalardan fərqləndirir. Həmçinin qripp zamanı həddən artıq güclü intoksikasiya inkişaf edir (baş, oynaqlar, əzələlər ağrıları, ürəkbulanması, iştahasızlıq). Kəskin respirator infeksiya zamanı insan özünü daha yaxşı hiss edir, qripp zamanı isə xəstənin vəziyyəti çox ağır olur - insan hətta yataqdan qalxa bilmir. Digər respirator infeksiyalarla müqayisədə qripp daha sürətlə yayılır (qripp, demək olar, 100% hallarda xəstə insandan ətrafda olanlara keçir).

Qripp çox təhlükəli virus sayılır. Qripp çox ağır fəsadların inkişafına və hətta xəstənin həlak olmasına səbəb ola bilər. Bu fəsadların arasında:

- pnevmoniya (ağ ciyər iltihabı)

- otit (qulaq iltihabı)

- haymorit

- bronxit

- miokardit - ürək əzələsinin iltihabı

- perikardit - ürək qişasının iltihabı

- ürək çatışmazlığı

- piyelonefrit - böyrək toxumasının iltihabı

- meningit - beyin qişalarının iltihabı

- ensefalit - baş beyinin iltihabı

Qripp immunitetin kəskin zəifləməsinə səbəb olur ki, bu fonda insanda olan bir çox xroniki xəstəliklər kəskinləşə bilər.

Qripp 5 yaşına kimi olan uşaqlar və 55 yaşından yuxarı böyüklər üçün xüsusilə təhlükəlidir. Məhz bu qrup insanlarda qripin fəsadlarının riski olduqca yüksək olur.

Qripp hamilə qadınlar üçün da çox təhlükəlidir. Qripp dölsalmaya, uşaqda müxtəlif patologiyaların inkişafına səbəb ola bilər. Bu xüsusilə ilk trimestrdə (hamiləliyin ilk 3 ayı) təhlükəlidir.

Qripin ilk simptomlarında dərhal həkimə müraciət etmək lazımdır!


Saglamolun.Az

.
loading...
.

loading...
.

HƏKİMLƏR

Gültəkin Abdullayeva

Gültəkin Abdullayeva

Trixologiya

Həkim-trixoloq Əmək stajı - 24 il

Ətraflı...
Tərlan Qasımov

Tərlan Qasımov

Qastroenterologiya

Qastroenteroloq-İnvaziv Endoskopist İş stajı -8 il

Ətraflı...
Ağayeva Aytən Rauf qızı

Ağayeva Aytən…

Endokrinologiya

Cərrah-endokrinoloq Əmək stajı - 22 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика