Öskürəkdən qurtulmağın təsirli yolları

Günümüzdə hər kəsin əziyyət çəkdiyi öskürəkdən dərmansız da qurtulmaq olar.

Sağlamolun.az öskürəkdən xilas olmağın ən təsirli təbii yollarını təqdim edir:

1.Bəlğəmin ayrılmasını asanlaşdırmaq üçün gün ərzində bir neçə dəfə bal ilə çiyələk şirəsi və ya 1 xörək qaşığı çiyələk siropu içmək lazımdır. Eyni zamanda çay əvəzinə yarpaqlardan və ya qurudulmuş çiyələk meyvələrindən bir həlim içmək əla  olar.

2.Quru öskürəyiniz varsa inhalyasiyalardan istifadə edin. 1 yemək qaşığı evkalipt yarpaqları, 1 yemək qaşığı kalendula çiçəkləri və 1 yemək qaşığı biyan kökü doğrayın və qarışdırın. Üzərinə 200 ml qaynar su tökün. 5-10 dəqiqə buraxın, sonra buxarı nəfəsinizə çəkin.

3.Köhnə öskürəyi müalicə etmək üçün kompreslərdən istifadə edin. 1 yemək qaşığı un, 1 yemək qaşığı quru xardal, 1 yemək qaşığı günəbaxan yağı, 1 yemək qaşığıbal və 1 qaşıq araq. Qarışığı daim qarışdıraraq buxarda qızdırın. Yaranan "xəmiri" cuna sarğıya çəkin və sinənizə qoyun. Üstünü polietilenlə örtün və isti bir şərf ilə sarın.

Saglamolun.Az