4 m hündürlükdən Ağ Evə qanunsuz girən 2 YAŞLI UŞAQ - Hər kəsi şoka saldı

 

ABŞ-da ilk addımlarını atmağa başlayan körpə Ağ Evin hasarından prezident ərazisinə daxil olub.

ABŞ-da azyaşlı uşaq Ağ Evi əhatə edən metal hasara ilişərək prezident binasına daxil olub. Kiçik qaçaq prezident sarayına qanunsuz daxil olan ən kiçik vətəndaş olub.

Prezident binasının təhlükəsizliyinə cavabdeh olan Məxfi Xidmət əməkdaşları səhər saatlarında 2-3 yaşlarında körpənin Ağ Evi əhatə edən metal hasara girməsi ilə panikaya düşüblər.

Məxfi Xidmətin sözçüsü Entoni Quqlielmi deyib ki, əməkdaşlar uşağın içəri daxil olmasına təəccübləniblər.

Ağ Evin təhlükəsizlik sistemləri işə salındıqdan sonra asayiş keşikçiləri körpəni götürüblər və əraziyə giriş qısa müddətə məhdudlaşdırılıb. Məmurlar uşağın ailəsini sorğu-suala tutub, hadisənin necə baş verdiyi öyrəndikdən sonra qısa müddətdə uşağı təhvil veriblər.

Qeyd edək ki, son illərdə bir sıra təhlükəsizlik pozuntularından sonra Ağ Evin hasarının hündürlüyü iki dəfə artırılaraq, təxminən 4 metrə çatdırılıb. Yeni dəmirlər arasında təxminən 13 santimetr boşluq var.

Sevinc Hüseynova

Saglamolun.Az