Загрузка...

Xroniki polipoz rinosinusitlər

Xroniki polipoz rinosinusitlərin (XPR) problemi kliniki rinologiyada əsas yerlərdən birini tutur. Polip sozü  (yunanca "poly" - çox, "pus" - ayaq deməkdir) - bu termin, selikli qişanın üzərində əmələ gələn müxtəlif patoloji törəmələrdə istifadə olunur.

Nazal boşluğun və sinusların polipozu - ilkin xroniki və residivə meyilli olan prosesdir. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, bu xəstəliyə uşaqlarda və böyüklər arasında əsasən kişilərdə rast gəlmək olur. XPR burun boşluğunun xəstəlikləri arasında 2%-dan - 25%-dər təşkil edir. Bu günə kimi polipoz prosesin etiologiyasında və patogenezində ümumi bir  fikir yoxdur. Məhs buna görə də müasir mualicə metodları bu prosesin qarşısında acizdir.

Hal-hazırda nazal poliplərin əmələ gəlməsində 3 əsas nəzəriyyə dominantlıq təşkil edir:

- İnfeksion-allergik

- Autoimmun

- Sinir-trofik

XPR təsnifatca 2 formaya bölünür:

- Polipoz

- İrinli-polipoz

XPR-in diaqnostikası:

- Pasientin şikayətləri, xəstəliyin anamnezi, kotamnez, obyektiv baxışın nəticələri (rinoskopiya, nazal boşluğun və təbii dəliklərin endovideoskopiyası, KT koronar və aksial proyeksiyalarda.

Xəstələrin əsas şikayətləri: burun tənəffüsün çətinləşməsi, burundan qatı, bəzən irinli seliyin gəlməsi. Həmçinin xəstələrdə baş ağrılar, nazal sinusların proyeksiyası nahiyyəsində diskomfort.

Rinoskopiya zamani (endovideoskopiya) - nazal boşluğun selikli qişası mülayim hiperemikdən tünd hiperemik ola bilər, selikli qişanın ödemi, nazal boşluqda poliplərin vizualizə olunması qeyd olunur.

XPR-in müalicəsində həm konservativ, həm də cərrahiyyə metodlarından istifadə olunur. Hal-hazırda ən əlverişli və geniş istifadə olunan cərrahiyyə üsulu - FESS (Funksional Endoskopik Sinus Cərrahiyyə) texnikası sayılır.

Bu əməliyyatlar endoskopun koməyi ilə icra olunur və  demək olar ki, bu müasir texnikanın nəticəsində XPR-in problemlərinin aradan qaldırılmasını 70-80% asanlaşdırır.

Lalə Seyfullayeva

Qulaq-burun-boğaz, (LOR) cərrah

 

 

.


Saglamolun.Az

.
Загрузка...
. .

.

HƏKİMLƏR

Afət Çəndirli

Afət Çəndirli

Fizioterapevt

Fizioterapevt-Reabilitoloq İş stajı: 10 il

Ətraflı...
Şəhla İbrahimova

Şəhla İbrahimova

Oftalmologiya

Oftalmoloq - cərrah İş stajı - 10 il

Ətraflı...
Günay Hacıyeva

Günay Hacıyeva

Ginekologiya

Mama-Ginekoloq Əmək stajı - 15 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика