Məşhur aktyora cinsi təcavüz ittihamı – 13 QADIN ŞİKAYƏTÇİDİR

 

Dünya şöhrətli fransız kino ulduzu Jerar Depardye 13 qadına cinsi təcavüz etməkdə günahlandırılır.

Fransada qalmaqallı xəbərləri üzə çıxarmaqla məşhur olan Mediapart-ın apardığı araşdırmaya görə, təxəllüs və ya real addan istifadə edən qadınlar məşhur sənətçinin onları əl ilə təhqir etdiyini, əllərini alt paltarına soxduğunu, nalayiq sözlər dediyini iddia ediblər.

Mediapart məsələ qaldırıb ki, bu təqib və hücumlar son iyirmi il ərzində kino studiolarda, televiziyalarda və ya ictimai yerlərdə baş verib.

Depardyenin vəkili müvəkkilinin "cinayət qanunu çərçivəsində ola biləcək bütün ittihamları rəsmi olaraq rədd etdiyini" açıqlayıb.

Aktyora qarşı zaman-zaman cinsi istismar ittihamları irəli sürülüb.

Depardye 2020-ci ilin dekabrında aktrisa Şarlotta Arnould tərəfindən zorlamada ittiham olunub.

Şarlotta Arnould 2018-ci ildə, 22 yaşında olarkən Depardyenin evində təcavüzə məruz qalması ilə bağlı ittiham irəli sürüb.

Mediapart 74 yaşlı sənətçinin 13 qadına qarşı cinsi istismar və təcavüzə məruz qalması ilə bağlı söylədiklərini ətraflı şəkildə oxucuları ilə bölüşüb.

Qeyd edək ki, Paris prokurorluğu ilə görüşən AFP xəbər verib ki, indiyədək bu ittihamlarla bağlı rəsmi cinayət işi açılmayıb.

Sevinc Hüseynova

Saglamolun.Az