Afrikanın bir neçə ölkəsində Marburq virusu sürətlə yayılır. Bu, ölümlə nəticələnən ciddi bir xəstəlikdir, hələ də peyvənd və ya müalicəsi yoxdur.
Bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə Marburq virusunun epidemiyası 2023-cü il fevralın ortalarında Ekvatorial Qvineyada təsdiqlənib.
Marburq qan, ifrazat və ya digər bədən mayeləri ilə birbaşa fiziki təmas (dəri və ya selikli qişaların zədələnməsi yolu ilə) nəticəsində ötürülür.
Marburqun simptomlarına yüksək hərarət, ağır intoksikasiya, şiddətli ishal və qusma daxildir. Həkimlər şiddətli qanaxmanı da qeyd edirlər, qan ən çox qusma zamanı, eləcə də burunda, diş ətində və vaginadan görünür.
Statistikaya görə, müalicə aparılmadığı halda, orta hesabla virusa yoluxanların təxminən 50%-i ölür.
Qeyd edək ki, virus yeni deyil, hələ 1967-ci ildə məlum olub.
Zeynəb Müzəffərli
Saglamolun.Az