Türkiyədə baş verən zəlzələdə ölənlərin sayı 48 minə çatdı.
Bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatayda çıxışı zamanı deyib.
O, 115 mindən çox yaralı olduğunu bildirib.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Zeynəb Müzəffərli
Saglamolun.Az