Загрузка...

Dərini təmizləyən çox ucuz və effektli vasitə

Təəssüf ki, sink məlhəmi hal hazırda daha az istifadə olunur.

Bu köhnə və sınanmış vasitə bir çox dəri problemlərində yaxşı müalicəvi təsir edir.

Sink məlhəminin tərkibi çox sadədir: vazelin - 90 qr, sink oksidi - 10 qr.

Sink məlhəmi dəriyə antiseptik, büzücü və qurudan təsir edir. Bu xüsusiyyətlər sink məlhəmini müxtəlif dəri problemləri zamanı çox effektli edir.

Sink məlhəmi dəridə qırmızı civzələr zamanı istifadə olunur. Məlhəmi gündə 2-3 dəfə civzələrin üzərinə çəkin. 1-2 gündən sonra iltihab azalacaq.

Sink məlhəmi əvvəllər pediatriyada çox geniş istifadə olunurdu. Bu məlhəm körpələrdə bişməcələr, dəridə qızartılar zamanı çox yaxşı müalicəvi effekt verir. Məlhəmi istifadə etdikdən əvvəl uşağın dərisini yumaq və yaxşı qurutmaq, daha sonra az miqdarda məlhəmi zədələnmiş sahəyə çəkmək lazımdır. Bunu gündə 3 dəfə etmək olar.

Daha böyük uşaqlarda sink məlhəmi sıyrıntılar, kiçik səthi yaralar, kiçik yanıqlar zamanı istifadə olunur və yaxşı müalicəvi təsir göstərir.

Məlhəm gözlərə və selikli qişalara düşməməlidir.


Saglamolun.Az

.
loading...
.

loading...
.

HƏKİMLƏR

Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 5 il

Ətraflı...
Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...
Fuad Əliyev

Fuad Əliyev

Endokrinologiya

Tiroidoloq (zob xəstəlikləri) İş stajı - 10 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика