Dəhşətli kimyəvi qəzadan sonra insanlarda qəribə davranışlar yarandı

 

ABŞ-ın Ohayo ştatında qatar qəzasından sonra ətrafa yayılan kimyəvi maddələr əhali arasında panikaya səbəb olub.

Qəsəbə yaxınlığında kimyəvi maddə daşıyan 150 vaqonluq qatarın 50 vaqonunun relsdən çıxması zamanı güclü partlayışdan sonra sakinlər təxliyə edilib.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi kimyəvi maddənin ətrafa yayılmasının insanların sağlamlığına necə təsir etdiyini araşdırıb. Şəhər sakinlərində bir sıra qəribə simptomlar aşkarlanıb. Əsas simptomlara dəri töküntüsü, şiddətli boğaz ağrıları, ürəkbulanma, nəfəs almaqda çətinlik, gözlərin yanması və baş ağrısı daxildir. Sakinlər qəzadan sonra iki gün ərzində boğaz ağrısı hiss etdiklərini deyiblər. Xəstəxanaya müraciət edənlərə "kimyəvi buxarların səbəb olduğu kəskin bronxit" diaqnozu qoyulub. Bəzi sakinlərin isə səsində qeyri-adi dəyişiklik yaranıb. İnsanların səsi cingiltili olub və gecələr yatarkən boğulma simptomları çoxalıb. Həmin şəxslərdə durmadan bəlğəmli öskürək müşahidə edilib. Həkimlər bu simptomları birbaşa qaatar qəzası ilə əlaqələndirirlər.

Bildirilib ki, kimyəvi maddəyə uzun müddət məruz qalmaq qaraciyər xəstəliyi və qaraciyər xərçənginin nadir bir formasına da səbəb olur. Şəhər sakinlərində bunun hələ bir müddət sonra ortaya çıxacağı ehtimal edilir.

Sevinc Hüseynova 

Saglamolun.Az