"Bütün Qadınlar 8 martda diqqət göstərilməsini xoşlayırlar. Bəzi insanlar var ki, lap kiçik hədiyyədən belə xoşbəxt olur, keyfiyyət onlar üçün önəmli olmur. Bəzi xanımlar da var ki, əsasən keyfiyyətə önəm verirlər, sevdiyi bir şeyi dilə gətirərək özləri deyirlər".
Bunu Faktmedia.az-a psixoloq Vüsalə Əmiraslanova deyib.
Psixoloq bildirib ki, hədiyyə verərək ən diqqət çəkən məsələlərdən biri də kim tərəfindən verilməsidir:
"Düşünmədiyi, gözləmədiyi bir adam tərəfindən hədiyyə olunanda daha çox xoş təsirbağışlayıcı olur. Hədiyyənin görüntüsü, psixoloji olaraq xoş təsir bağışlanması insanın xarakteri ilə bağlıdır. Belə qənaətə gəlirik ki, görüntü baxımından sevən insanlar daha çox onu paylaşmağa, göstərməyə xoşlayırlar. Sözsüz ki, hər bir hədiyyənin öz özəlliyi, psixoloji təsiri olur. Bəzən gözəl bir söz yazısı, qısa mətn, açıqca belə insanı xoşbəxt edə bilir. Ümumi olaraq deyə bilirik kiz hər bir hədiyyənin müsbət tərəfləri var".
Saglamolun.Az