“Xəstənin ağrısı keçdiyi üçün yaxınları onu evə aparıblar”.
Bunu Sağlamolun.az-a Hacı Şahini müayinə edən həkim-kardioloq Üzeyir Rəhimov deyib.
Həkim bildirib ki, təcili yardıma müraciət edərək, xəstəxanaya gələn Hacı Şahinin ürəyində müayinə zamanı infarkt yaradacaq maddənin yüksəldiyi müşahidə edilib:
"Ona xəstəxanada yatmalı olduğu bildirilib. Amma yaxınları onun ağrıları azaldığı üçün həmin gün xəstəxanada yatmaqdan imtina ediblər. Xəstəxananın iltizamnamə sənədini imzalayaraq xəstəni evə aparıblar.
Qeyd edək ki, iltizamnamə xəstənin keçirəcəyi əməliyyat, onun xəstəxanada hüquqları, həkimin xəstə qarşısında öhdəlikləri və öz öhdəlikləri haqqında həkimlə xəstə tərəfindən imzalanmış razılaşma forumudur.
Xatırladaq ki, axşam saatlarında ilahiyyatçı Hacı Şahin ürək tutmasından vəfat edib.
Sevin Hüseynova
Saglamolun.Az