Nikahı rəsmi qeydə alınmayan analar tərəfindən doğulan uşaqların sayında cüzi azalma var.
Trend-in məlumatına görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında deyilir.
Qeyd edilib ki, 2020-ci ildə 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 1917 nəfər təşkil etmişdir.
Aparılan profilaktik və maarifləndirici tədbirlərin nəticəsi olaraq 2021-cu ildə bu say 267 nəfər azalaraq 1650 nəfər olub.
Respublikanın iqtisadi rayonları üzrə 2021-ci ildə 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayında ən yüksək göstərici Aran iqtisadi rayonunun payına düşür (575 nəfər), daha sonra Gəncə-Qazax iqtisadi rayonu (351 nəfər), Lənkəran iqtisadi rayonu (210 nəfər) və Yuxarı Qarabağ iqtisadi rayonu (76 nəfər) bu ardıçıllığı davam etdirir. Ötən illə müqayisədə Abşeron, Lənkəran, Quba-Xaçmaz, Aran, Dağlıq-Şirvan iqtisadi rayonlarında və Naxçıvan Muxtar Respublikasında azalmaya doğru müsbət tendensiya müşahidə olunur.
Saglamolun.Az