Загрузка...

İmtahana hazırlaşanlar belə qidalansın!

Bəzi qida məhsulları beynin fəaliyyətini, yaddaşı, diqqəti yaxşılaşdırmaq xüsusiyyətinə malikdir. İmtahana hazırlaşırsınızsa, bunu nəzərə alın.

İmtahana hazırlaşdıqda qidalanmanıza bu kimi qidaları daxil edin:

- Balıq. Balığın tərkibində olan xüsusi Omeqa-3 yağ turşuları beynin fəaliyyətinə olduqca yaxşı təsir edir. Həftə ərzində 2-3 dəfə suda və buğda bişmiş balıq yeyin.

- Qoz-fındıq beynin fəaliyyətini stimullaşdırır. Hər gün 1 ovuc qoz-fındıq (qoz, fındıq, badam, araxis, keşyu, makadamiya və s.) yeyin.

- Şokolad. Hər gün 3-4 tikə tünd şokolad yeyin. Bu da beynin fəaliyyətinə stimullaşdırıcı təsir edir.

- Qara qəhvə tanınmış stimulyatordur. Hər gün 1-2 fincan yaxşı təbii qəhvə için. Lakin bundan artıq qəhvə içməyin. Bu əks təsir göstərə bilər.

- Lobya. Sübut olunub ki, lobyanın qəbulu yaddaşı yaxşılaşdırır.

- Kök. Karotin və A vitamini ilə zəngin olan kök beyinin fəaliyyətinə müsbət təsir edir.

- Meyvə quruları (xüsusilə əncir, ərik qurusu) təfəkkürü, yaddaşı yaxşılaşdırır.

- Yumurta beynin fəaliyyətinə müsbət təsir edir. Hər gün 1 yumurta yeyin.

- Su. Suyun normal miqdarda qəbulu orqanizmin normal fəaliyyəti üçün çox vacibdir. Susuzlaşma beynin fəaliyyətini pozur, diqqətin, yaddaşın zəifləməsinə səbəb olur. Təmiz su için, şirin qazlı içkilər beyin üçün ziyanlıdır.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...

SON YAZILAR

Яндекс.Метрика