Azərbaycanda güclü zəlzələ təhlükəsi var? - Qurban Yetirmişli açıqladı VİDEO

Qobustanda iki gün ard-arda zəlzələ baş verib. Onlardan biri bəzi həssas insalar arasında hiss olunan dərəcədə olub. Bu, seysmik aktivliyin artmasının göstəricisidirmi?

Ümumiyyətlə, Qobustan Bakıya yaxın rayonlardan biridir. Paytaxtda çoxmərtəbəli binaların sayının günü-gündən artdığını əsas götürərək, əhalinin təşvişə düşməsinə səbəb varmı? Cavabını mütəxəssisdən soruşduq.

Bu gün səhər saat 08-08  radələrində Pirqulu stansiyasından 44 km cənubda, Qobustan rayonu ərazisində növbəti dəfə zəlzələ olub. Paytaxta bu qədər yaxın bir məsafədə iki gün ard- arda zəlzələnin baş verməsi narahatçılığa əsas yaradırmı? Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirdi ki, dünən axşam baş verən zəlzələ bəzi sakinlər tərəfindən hiss edilsə də, bu gün səhər saatlarında baş verən zəlzələ ümumiyyətlə hiss olunmayıb. 

Qurban Yetirmişli dedi ki, Azərbaycan seysmogen bölgədir. Ona görə də burda hər gün təkanaların baş verməsi təbii haldır.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru bildirdi ki, ölkədə  yaxın zamanalar üçün dağıdıcı, katastrofik zəlzələ ehtimalı yoxdur. 

Saglamolun.Az