Qubada 8 yaşlı uşaq antibiotikdən ölüb



Quba rayonu ərazisində azyaşlıya antibiotik vurulması nəticəsində ölüb.

Azmedia.Az-ın Şimal bürosu xəbər verir ki, hadisə rayonun Barlı qəsəbəsi ərazisində baş verib.

Ailə üzvlərinin sözlərinə görə, 2014-cü il təvəllüdlü Məmmədov Həsən Nahid oğluna ev şəraitində antibiotik iynə vurulub.

Azyaşlının səhətinin pisləşdiyindən ailəsi onu Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Saglamolun.Az