Ayaq qoxularını dərhal yox edən ən asan və TƏBİİ ÜSUL

Həftədə bir dəfə ayaqlarınızı sirkə ilə isladın!

Sağlamolun.az Alma sirkəsi ilə ayaq hamamının hansı faydaları var, onu araşdırıb.

Suyu qızdırmaq kifayətdir, ilıq olanda hövzəyə töküb ayaqlarınızı ora qoyun. Bir stəkan alma sirkəsi və sevimli efir yağından bir neçə damcı əlavə edin (məsələn, lavanda). Ayaqlarınızı bu qarışıqda 30 dəqiqə saxlayın və işiniz bitdi. Bu proseduru həftədə bir dəfə edin və dərhal fərqi görəcəksiniz.


Alma sirkəsinin tərkibində bakteriya və mikrobları məhv edən bioloji aktiv birləşmələr var. Buna görə də çoxsaylı sağlamlıq problemləri üçün ən təsirli təbii vasitələrdən biridir.

O, xoşagəlməz qoxuları aradan qaldırır, göbələk infeksiyalarını müalicə edir, dərini yumşaldır, dərinin keyfiyyətini yaxşılaşdırır və s. Üstəlik, çox sadə və istifadəsi asandır.

Saglamolun.Az