Toyu yasa çevrilən igidin nişanlısı: Gəlinlik əvəzinə forma geyindim - VİDEO

Toya hazırlaşan ərəfədə şəhid xəbəri gələn baş leytenant Hüseyn Nəcəfzadənin nişanlısı danışıb.

Kəlbəcərdə şəhid olan leytenant Hüseyn Nəcəfzadənin oktyabrın 11-də toyu olacaqdı.

Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinə danışan şəhidin nişanlısı Atlas Kazımova onun barəsində danışarkən göz yaşlarını saxlaya bilməyib:

“Heç düşünməzdim ki, gəlinliyin əvəzinə əynimdə forma olacaq”.

Onların hətta nikahı da olmuşdu. Atası toy üçün şadlıq sarayı danışıb, qayıdanda oğlunun şəhid xəbərini eşidib.

Daha ətraflı verilişi təqdim edirik:

Saglamolun.Az