Sabirabadda dəhşətli HADİSƏ: Qadın iynədən şoka düşüb öldü - VİDEO

Əlində retseptlə aptekə  gedirsən ki, həkimin təyin etdiyi dərman və ya iynəni alasan. Əgər yoxdursa, çox vaxt əczaçı  məlumat belə vermədən,  həmin dərmanın əvəzedicisini verir.

Bu hal ilə dəfələrlə mən özüm də rastlaşmışam və haqlı olaraq  bir neçə əczaçıya  narazılığımı da bildirmişəm. Ona görə ki, əziz əczaçılar, bu gün 42 yaşlı  Sabirabad sakini , ehtimal olunur ki, məhz bu səbəbdən dünyasını dəyişib. Əvəzedici iynə onu şoka salıb və bədbəxt hadisə yaşanıb.


Sağalmaq üçün iynə vurdurdu, şoka düşərək öldü.

Milli.Az Xəzər xəbər-ə istinadən xəbər verir ki, Sabirabad rayonunun Yaxa Dəllək kənd sakini Gülnaz Tapdıqova antibiotik tərkibli iynə vururlduqdan sonra şoka düşüb. 42 yaşlı qadın Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Mərhumun yaxınları iddia edirlər ki, Gülnaz Tapdıqova sınaq iynəsindən  şoka düşərək ölüb.

Gülnaz Tapdıqovanın yaxınlarının sözlərinə görə O  Şirvan Şəhər Mərkəzi Xəstəxanasında həkim qəbulunda olduqdan sonra aptekə gedərək yazılmış dərmanları alıb. Sonra kənddəki tibb işçisinin qəbuluna gedib.

Qadının həyat yoldaşı deyir ki, eyni vəziyyət bir neçə ay bundan əvvəl də baş verib.

Tapdıqovlar ailəsi  qadının dərmanları hansı aptekdən aldığını bilmir.

Saglamolun.Az