SARI qarpızın faydaları

Sarı qarpız adi qarpızın bir növüdür. Sarı qarpız əsasən İspaniyada və Tailandda yetişir.

Lakin son zamanlar bu qeyri-adi giləmeyvə bir çox digər ölkələrdə də (Çin, Misir, Yunanıstan, Rusiya və s.) yetişdirilir.

Saglamolun.az bildirir ki, sarı qarpız təbii məhsuldur, onun çox xoş şirin dadı var. Yaxşı keyfiyyətli sarı qarpız insan sağlamlığı üçün çox faydalıdır.

Sarı qarpız azkalorili məhsuldur, orqanizmi təmizləyir, sidikqovucu təsirə malikdir.

Sarı qarpız A vitamini ilə zəngindir. A vitamini "cavanlıq vitamini" sayılır. Bu vitamin qocalma proseslərini ləngidir, xroniki xəstəliklərin inkişafının qarşısını alır, görmə üçün çox vacibdir.

Həmçinin sarı qarpızın tərkibində B qrupu və C vitaminləri də var. B qrupu vitaminləri sinir sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir, C vitamini isə damarlarımızı möhkəm və elastik edir, immun sistemini möhkəmləndirir.

Sarı qarpızın tərkibində kalium və maqnezium var. Bu iki mineral ürək-damar sisteminin sağlamlığı üçün olduqca vacibdir.

Liflərlə zəngin olan qarpız bağırsaqları təmizləyir. Həmçinin qarpız qaraciyər üçün ən faydalı məhsullardan biridir.

Saglamolun.Az




loading...

QARACİYƏRİN 3 SADİQ DOSTU. Bunlar hər gün masanızda olmalıdır!

HƏKİMLƏR

Azər Şamilov

Azər Şamilov

Dermatologiya

Dermatoloq-kosmetoloq İş stajı: 14 il

Ətraflı...
Rauf Rzayev

Rauf Rzayev

Andrologiya

Uroloq-androloq İş stajı - 22 il

Ətraflı...
Ağayeva Aytən Rauf qızı

Ağayeva Aytən…

Endokrinologiya

Cərrah-endokrinoloq Əmək stajı - 23 il

Ətraflı...

 


Яндекс.Метрика