Çox çiyələk yemək böyrək problemləri yarada bilər.
Allergiyası olan insanlar üçün çiyələk yemək qəti qadağandır. Bu meyvəyə allergiyası olmayan belə onu çox istifadə edə bilməz.
Çox vaxt çiyələkləri nitratlardan istifadə edərək yetişdirirlər. Onlar sağlamlığınıza mənfi təsir göstərə bilər. Üstəlik, bəzi mağazalara çiyələklər uzaqdan gətirilir. Onları yaxşı vəziyyətdə çatdırmaq üçün difenildən istifadə olunur. Bu, qaraciyərə və böyrəklərə mənfi təsir göstərir.
Dietoloqlar gün ərzində yarım kiloqrama yaxın çiyələk yeməyi məsləhət görürlər. Bu miqdarı bir neçə hissəyə bölmək və gün boyu yemək olar.
Saglamolun.Az