Ürək üçün ən təhlükəli məhsul hansıdır?

Arterial hipertoniyanın araşdırması ilə məşğul olan Rusiya alimləri sübut edir ki, ürək və damarlar üçün ən ziyanlı məhsul duzdur.

Ekspertlərin sözlərinə görə, duzun gün ərzində 5 qr-dan artıq qəbulu ürəyin sağlamlığına çox mənfi təsir edir, ürək-damar sistemi xəstəliklərinin riskini bir neçə dəfə artırır.

Saglamolun.az zdr.ru-ya istinadla xəbər verir ki, rus mütəxəssislərinin müşahidələrinə görə, müasir insanlar hər gün orta hesabla 20 qr (!) duz istehlak edir. Bura yeməklərə əlavə olunan və həmçinin "gizli duz" aiddir. "Gizli duz" dedikdə hazır məhsulların (çörək, sosis-kolbasa, müxtəlif souslar, çipsi, suxari, hətta şirniyyatlar və s.) tərkibində olan duz nəzərdə tutulur.

Müasir elmin məlumatlarına görə, dünyada ürək-damar sistemi xəstəliklərinin 20-40%-i məhz duzlu məhsulların həddindən çox istehlakı ilə bağlıdır.

Duz arterial hipertenziyanın inkişafına təkan verir, damarları zəiflədir və sərtləşdirir, onların partlamasının riskini artırır.  


loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Nailə Əhmədova

Nailə Əhmədova

Fizioterapevt

Müalicəvi bədən tərbiyəsi üzrə həkim, fizioterapevt İş stajı - 33 il

Ətraflı...
Həmidə Səlimzadə

Həmidə Səlimzadə

Allerqologiya

Həkim-allerqoloq İş stajı - 8 il

Ətraflı...
Elçin Zodanov

Elçin Zodanov

Plastik cərrahiyyə

Plastik cərrah İş stajı - 5 il

Ətraflı...

 


Яндекс.Метрика