Загрузка...

Uşağınız pis yeyir?

İstehlakçı qabiliyyətinin süni şəkildə artırıldığı və dəstəkləndiyi bir dövrdə ən ağır zərbə sözsüz ki, körpələrə və uşaqlara ilk olaraq dəyir.

İldən-ilə ərzaqların miqdarı artır, bağlamalar isə böyüyür.

Sağlam olmayan qida sənayesini isə uşaqların daha çox rəğbət bəslədiyi məşhur idmançılar, müğənnilər digər sahələrin məşhurları təbliğ edirlər. Fast-food sənayesi uşaqların sevdiyi cizgi film və kino personajlarının simalarından ildnən-ilə daha çox istifadə edərək zərərli qida menyu və məhsullarına cəzb edir.

Belə bir ifrat istehlakçı dövrdə valideynlər uşağın təbii susuzluq və aclıq hissinin ödənilməsi kimi vacib fitri instinktlərinin unudaraq aşırı qidalandırmağa başlayıblar. Uşaqların pis və ya az yeməyini, bəzi valideynlərin dili ilə desək “heç nə yemir” anlayışına müəyyən aydınlıq gətirmək üçün mütəxəssislər müxtəlif nümunələr gətirirlər.

Müəyyən müddət arıqlama mərkəzində işləyən psixoloq Anna Bıkova “heç nə yeməmək” anlayışına izah etmək üçün bir xanımın arıqlama təcrübəsi ilə paylaşır. Mərkəzə artıq çəkidən əziyyət çəkən xanım müraciət edərək qeyd edir ki, o heç nə yemir lakin çəki azalmaq əvəzinə günü-gündən artmağa doğru gedir. Mütəxəssis kalorilərin mistik şəkildə qadının bədəninə daxilolma yollarını araşdırmaq üçün onun gündəlik istehlakını qeyd etməyə başlayırlar.

Məlum olur ki, gün ərzində bu xanım aşağıdakıları istehlak edir:
Səhər: Kiçik şokolad ilə kappuçino. İşdə çay və vafli. Sonra yenə çay və konfet. Qoz-fındıq və ya kaftof çipsi bağlaması. 1 litr meyvə şirəsi.
Günorta: İş çox olduğundan nahar etməyə imkan olmur.
Axşam: Bir-iki banan və kefir (kefirin tərkibində şəkər).

Bütün yuxarıda sadalananların kalorisi gündə 3 əsas yeməyin kalorisindən qat-qat çoxdur. Əgər qadın oturub vaxtında normal qidalansaydı daha az kalori qəbul etmiş olardı.

Eləcə də uşaqların “heç nə yeməməklərini” anlamaq üçün səbəbləri araşdırmaq lazımdır. Şirə, alma, qurabiyə, şokolad, konfet, bulka, dondurma, süd kokteyli və bu kimi digər ərzaqlar uşaqlara tez bir zamanda toxluq hissi və enerji verir. Bir sözlə, sağlam iştahanı pozmaq üçün idealdırlar.

Həqiqətən ac olan uşaqların misalı:
Uşaq xəstəxanası, infeksion şöbə. Kəskin bağırsaq infeksiyası şübhəsi ilə eyni zamanda xəstəxanaya daxil olan yaş yarım və 3 yaş həddində olan 3 uşaq anaları ilə birlikdə qəbul olunur. Həkim analara uşaqları yedizdirməmək təlimatı verir.

Ümumiyyətlə istənilən qida verməyə qadağa qoyur. Yalnız su və susuzlaşmaya qarşı məhlul-rehidron. Beləliklə, uşaqlar və analar 2 sutka həqiqətən də heç nə yemədilər, o hədda çatdı ki, uşaqlar ağlayıb yemək istəyirdilər. Körpəsi ac olan anaların da sözsüz ki, boğazlarından tikə belə keçmirdir. Axır ki, həkim yemək verməyə icazə verir.

Tibb bacıları yağsız, duzsuz, şəkərsiz, suda bişmiş, boz rəngli soyuq yulaf sıyığı gətirirlər. Uşaqlar bu sıyığa böyük iştaha və bəh-bəh ilə atılırlar. Kənardan onların ömürlərində bundan daha dadlı bir yemək yemədikləri təəssüratı yaranır. Beləliklə, həqiqi aclığın nümunəsində bizə məlum olur ki, istənilən yemək uşaqlarda böyük iştaha doğurur. Əgər uşağınız yeməklərə qarşı etinasızdırsa, onun gün ərzində atışdırdıqlarına daha diqqətlə nəzər yetirin.

Müəllif: Səltənət Zülfüqarova

Vib.az

 

.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...

HƏKİMLƏR

Zülfiyyə İbrahimova

Zülfiyyə İbrahimova

Nevrologiya

Nevropatoloq, Pediatr, EEQ İş stajı - 22 il

Ətraflı...
Vüsal Cəfərov

Vüsal Cəfərov

Uşaq cərrahiyyəsi

Uşaq cərrahı, uşaq uroloqu

Ətraflı...
Zülfiyyə Bağırova

Zülfiyyə Bağırova

Kosmetoloq

Kosmetoloq İş stajı - 4 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика