Son zamanlar ölkə məktəblərində müəllimlərin şagirdləri döyməsini əks etdirən görüntülər tez-tez gündəmə gəlir.
Sonuncu belə hadisə Zəngilan rayonu 35 saylı məktəbin musiqi müəlliminin 8-ci sinif şagirdini döyməsi ilə baş verib. Müəllimin şagirdi döyməsində əksər hallarda müəllim günahkar görülsədə, təəssüf ki, bir çox şagirdlər "Tik-tok", "Youtube" və s sösial şəbəkə platformalarında ”məşhur” olmaq və ya video çəkmək üçün müəllimləri məqsədli olaraq əsəbləşdirib, sonda onları döymələrinə vadar edir.
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil üzrə ekspert Elşən Qafarov deyib ki, ümumtəhsil məktəblərinin nizamnaməsinin olmaması bu gün bu və bu kimi halların baş verməsinə səbəb olur:
“Məslə ondadır ki məktblərin ümumtəhsil nizamnaməsi olsa idi orada təbii olaraq müəlimin də, şagirdin də davranış qaydaları, cəza tədbirləri göstərilərdi.
Təhsil Nazirliyinin 2014-cü ildə qəbul etdiyi etik davranış qaydaları var. Lakin əksər müəllimlər bu etik davranış qaydaları ilə tanış edilməyib. O ki qaldı tələbələrin dərsdə telefondan istifadəsinə, bunu da məktəblərin nizamnaməsi ilə tənzimləmək olar. Ümumilikdə isə bu məsələ ilə bağlı qanunda da ciddi boşluqlar var“.
Saglamolun.Az