"Ölkə.Az" xəbər verir ki, bunu deputat Fəzail Ağamalı Milli Məclisin iclasında çıxışı zamanı deyib.
Deputat qeyd edib ki, ölkəmizdə şəxslər 25 yaşından işləməyə başlayır, 40 yaşına qədər işləyir, 65 yaşında isə pensiyaya çıxır:
“3,5 maksimum 10 il pensiya ala bilirlər. Azərbaycanda ömür müddəti o qədər də yüksək deyil. İnsanlar 60 yaşından sonra bu və ya digər səbəbdən səhhətlərində ciddi problemlər yaşayırlar. Belə vəziyyətdə onların çalışmaq imkanı da kifayət qədər olmur”.
Saglamolun.Az