60 qəpiklik Lüqol necə möcüzə yaradır? - Hər dərdin dərmanı

Bu məhlul yoda bənzər olub, sovet dövründən müxtəlif xəstəliklərin, xüsusən tənəffüs orqanlarının müalicəsində həm uşaqlar, həm böyüklər tərəfindən geniş istifadə olunub.

Son zamanlar yeni çıxan spreylər bu unikal vasitəni unutdursa da, hələ də xəstələnəndə lüqola qaçanlar çoxdur.

Medicina.az bu ucuz vasitənin hansı problemlərdə istifadə olunduğunu təqdim edir.

1. Boğaz gəlməsi, boğazda ağrı, iltihab

Badamcıqlarda qızartı, ağrı hiss edən kimi dərhal lüqola batırılmış pambıqla badamcıqları silin. Düzdür, lüqolun pis dadı ola bilər, yandırır, amma effekt o qədər güclüdür ki, bütün bunlara dözmək olar.

2. Xroniki yorğunluq, halsızlıqda - Zalmanov resepti

Məşhur professor Zalmanov hesab edirdi ki, elə bir xəstəlik yoxdur ki, öncədən yorğunluqla özünü göstərməsin. Birində görmə azalır, digərində tez-tez soyuqdəymə olur, daha sorna ciddi xəstəliklər, hətta onkologiya aşkarlanır

Professordan lüqollu resept:

60 kq- a qədər çəkisi olanlar bir stəkan suda 1 damcı, 65-dən yuxarı olanlar 2 damcı lüqol həll etməklə, sutkada bir dəfə qurtum qurtum içməli. Həftədə 2 dəfə içmək kifayətdir.

3. Prostat iltihabı

Kişilərdə hətta xərçəngə qədər gedib çıxan bu xəstəlik zamanı da lüqol köməyinizə gələ bilər.

1 stəkan isti qaynanmış suya 1 ç.q bal, 1 ç.q alma sirkəsi, yarım ç.q çiçək tozu, 1 damla Lüqol məhlulu qarışdırıb, 2 saat saxlayın. Sonra yuxudan öncə için. Kurs 1 ay.

4. Faringtin müalicəsi

Boğazda quruluq, quru öskürək, qıcıqlanma, səsin batması hallarında boğaz qliserinli Lüqol məhlulu ilə silinir.

Lüqolun istifadəsinə əks göstərişlər:

- Məhlula qarşı hiper həssaslıq

- Böyrək və qaraciyər xəstəlikləri

- Hipertireoz (qalxanvari vəzi xəstəliyi)

- Uşaqlarda 12 yaşa qədər olmaz.

Saglamolun.Az