Azərbaycanda iftar məclisində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Göyçayda kütləvi zəhərlənmə olub.

Qazet.az lent.az-a istinadən xəbər verir ki, hadisə aprelin 18-i Göyçay şəhəri, Nizami Gəncəvi küçəsindəki "Zeynəb" restoranında qeydə alınıb. Oradakı iftar süfrəsində iştirak edən 10 nəfər məclisdən sonra özlərini pis hiss ediblər. Onların hər biri bu gecə saat 1 radələrində rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

İlkin ehtimala görə, zərərçəkmişlərin pomidordan zəhərləndikləri bildirilir.

Onların hər biri xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Saglamolun.Az