"Uşaqlarda telefon, planşet asılılığı aktual problemdir. Problemin əsas səbəbi də valideynlər özləridir".
Saglamolun.Az metbuat.az-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti pediatr Əkbər Quliyev deyib.
Ə.Quliyev bildirib ki, bir yaşına qədər uşağın valideynə ehtiyacı olur və onlara tez-tez suallar verirlər:
"Uşaqlar artıq özləri nəyisə açıb-bağlaya bildikdə, sual verməyə başlayırlar. Valideyn və ətrafdakılar da uşağı susdurmaq üçün telefon verirlər və uşaq susur. Bu cür hallarda uşaqlarda sosiallaşmada, yuxu rejimində problem yaranır".
Saglamolun.Az