Əhalinin əksəriyyətində D vitamini çatışmazlığı var - Həkim endokrinoloq

"D vitaminin əskikliyi nə qədər zərərlidirsə, artıqlığı da o qədər təhlükəlidir"

Saglamolun.az medicina.az-a istinadla xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin həkim-endokrinoloqu Həcər Kazımova deyib.

O bildirib ki, vitamin D-nin səviyyəsi ən azı 30-dan yuxarı olmalıdır:

"Biz əsasən D vitaminini Günəşdən alırıq. Lakin vitamin həblərini qəbul edənlər də var. Həkim məsləhəti olmadan D vitaminin qəbulu bir sıra problemlərə, o cümlədən böyrək və ürəyin zəifləməsinə gətirib çıxara bilər. D vitaminin əksikliyi nə qədər zərərlidirsə, artıqlığı da bir o qədər təhlükəlidir".

Həcər Kazımova deyib ki, endokrinoloji xəstəliklər arasında qalxanvari vəz xəstəlikləri də geniş yayılıb:

"Qalxanvari vəzin hormon ifrazının artıb-azalması bu xəstəliyə gətirib çıxarır. Qalxanvari vəzin hormon ifrazı artıbsa, tərləmə, əsəbilik, çəkinin azalması müşahidə olunur. Əgər vəzin hormon ifrazı azalıbsa, bunun əksi baş verir" - o qeyd edib.

Saglamolun.Az