Xarici ölkələrdə artıq COVID-19 pasportu ilə bağlı qadağalar aradan qaldırılıb.
Ölkəmizdə də COVID-19 pasportunun ləğv olunması gözlənilir.
Gundem.az xəbər verir ki, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.
Deputat bunu yoluxma sayının aşağı düşməsilə əlaqələndirib.
"Artıq yoluxma sayı 100-dən aşağı düşüb və ölkənin 90%-i vaksin olunub”.
Komitə sədrinin sözlərinə görə, təxminən 10-15 gün sonra Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yeni bir qərar veriləcək: "Bizə qarşıdakı günlərdə yoluxma sayını gözləmək qalır".
Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 34 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
Saglamolun.Az