Azərbaycanda iki bacının faciəsi: 8 nəfərin eyni gündə öldüyü hadisənin təfərrüatı

Ötən gün Qusarda bir ailənin 5 üzvü - 1987-ci il təvəllüdlü Rusif Şıxov, həyat yoldaşı, 1993-cü il təvəllüdlü Əminə Şıxova və onların üç azyaşlı övladları - 2012-ci il təvəllüdlü Osman, 2013-cü il təvəllüdlü Süməyya və 2017-ci il təvəllüdlü İmarə dəm qazından boğularaq vəfat edib.

Qafqazinfo.az xəbər verir ki, baş verən faciə ilə bağlı Qusara yola düşən, vəfat edən Əminə Şıxovanın bacısı, 1999-cu il təvəllüdlü Ələkbərova Fidan da yolda qəzaya uğrayaraq dünyasını dəyişib.

Belə ki, Bakı-Quba avtomobil yolunun Sumqayıtdan keçən hissəsində “Mercedes” markalı avtomobil körpüdən aşıb. Qəza nəticəsində Fidanla yanaşı, onun həyat yoldaşı, sürücü 1988-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu və 2021-ci il təvəllüdlü oğlu Həmzə hadisə yerində ölüb.

 

Saglamolun.Az