Uşaqlar arasında yeni yayılan xəstəlik koronavirusdur? – VİDEO

Son günlər uşaqlar arasında şiddətli qızdırma, qusma və öskürəklə müşahidə olunan xəstəlik yayılıb. Xüsusilə koronavirusun yeni ştamlarının yayıldığı dövrdə bu hal valideynləri ciddi narahat edir.

Baku TV-nin əməkdaşları Ə.Qarayev adına 2 saylı uşaq xəstəxanasında olublar.

Xəstəxanadan bu simptomlarla müraciət edən xeyli sayda xəstə olduğu bildirilib.

Həkim-pediatr Əkbər Quliyev bildirib ki, aparılan laborator müayinələrə əsasən demək mümkündür ki, uşaqlar arasında yayılan virus adi qrip virusudur.

“Təbii ki, aralarında nadir hallarda koronavirusa yoluxma da müşahidə edirik”, – deyə həkim qeyd edib.

Daha ətraflı Baku TV-nin süjetində:

Saglamolun.Az