Kərimin düzgün müalicə olunmaması iddiasına belə cavab verdi - Video

Meyxanaçı Ağamirzə həmkarı Ağakərimə ailəsi tərəfindən pis baxılması, meyxanaçının düzgün müalicə olunmaması barədə yayılan iddialara cavab verib.

“Qafqazinfo” xəbər verir ki, instaqram hesabında videopaylaşım edən Ağamirzə məsələyə belə aydınlıq gətirib:

“Qarşıma bir videoyazı çıxdı. Biri Kərim haqda danışır. Ona yanlış məlumat verilib. Kərimə çox gözəl baxılır. Ona ancaq həkimin yazdığı dərmanlar verilir. Bunu polislə, həkimlə öyrənmək olar. Mənliyimə and olsun ki, ailəsi Kərimə çox yaxşı baxır. Oğlu da çox yaxşı oğlandır. Nazənin xanıma gəldikdə isə, o bizə hər zaman qardaş deyib. Ola bilsin, yanlış məlumatlar verilib”.

Qeyd edək ki, xaricdə yaşayan videoblogerlərdən birinin iddiasına görə, illər əvvəl müğənni Nazəninlə Ağakərim sevgi yaşayıb. Bildirilir ki, Ağakərimin xanımı isə uzun müddət əvvəl yaşanan hadisəni unutmayaraq, meyxanaçıdan qisas alır, onun səhhətinə diqqət yetirmir.

Saglamolun.Az