Böyrəkləri təmizləmək üçün bu RESEPTDƏN istifadə edin

Tanınmış belorusiyalı fitoterapevt Evgeniy Şmerko orqanizmi təmizləmək və möhkəmləndirmək məqsədi ilə müxtəlif ot qarışıqlarından istifadə etməyi tövsiyə edir.

Saglamolun.az Rusiya KİV-lərinə istinadla sizə fitoterapevtin böyrəkləri duz və qumdan təmizləmək üçün reseptini təqdim edir.  

Bizə bu otlar lazım olacaq:

- quru nanə,

- qarğıdalı saçaqları,

- çobanyastığı,

- ayıqulağı yarpağı.

Hər otdan 1 xörək qaşığı götürüb qarışdırın, üzərinə 1 l qaynar su tökün, 1 saat ərzində dəmləyin. 1 saatdan sonra dəmləməni süzün və gün ərzində için. 3 gün davam edin, 3 gün fasilə verin və yenə təkrarlayın.

Dəmləmə həm böyrəkləri, həm də bütün orqanizmi yaxşı təmizləyir və yeniləyir.

Nəzərinizə çatdıraq ki, böyrək daşı xəstəliyi zamanı bu reseptdən istifadə etmək olmaz.                                      

Saglamolun.Az




Загрузка...

Не дай себе ослепнуть! Полезные советы от офтальмолога

 


Яндекс.Метрика