TƏBİB-dən 3-cü doza vaksinasiya ilə bağlı AÇIQLAMA

Covid-19 virusundan qorunmaq və immun sistemini gücləndirmək üçün Azərbaycanda yanvar ayından başlayan peyvəndləşmə prosesi davam edir.

Ölkədə artıq 3-cü doza vaksinlər vurulmağa başlayıb. Vətəndaşları maraqlandıran suallardan biri də vaksin sonrası hər hansı şikayətlərin olub-olmamasıdır. Bəs peyvəndlənmədə son vəziyyət necədir?

TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxış açıqlamasında vətəndaşları maraqlandıran sualları cavablandırıb:

"3-cü doza ilə bağlı TƏBİB-ə hər hansı şikayət daxil olmayıb. 2-ci doza vaksin olunmuş və ya virusa yoluxmuş, rəsmi qeydiyyata düşmüş və immun sertifikatı formalaşmış şəxsin pozitiv nəticəsindən tam 5 ay keçəndən sonra o, 3-cü doza vaksin vurdura bilər".

Məsləhətçi onu da qeyd edir ki, hazırda ölkədə peyvəndlənmə prosesi vaksinasiya strategiyasına uyğun olaraq uğurla davam edir./baku.ws

Saglamolun.Az