Bakıda küləyin fəsadlarından 11 nəfər xəsarət alıb

Paytaxtda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından 11 nəfər (5 kişi, 6 qadın) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Səhiyyə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, xəsarət alanlardan 1-nə yerində yardım edilib, 1-i yardımdan imtina edib, digərləri tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıblar.

Saglamolun.Az