Xalq artisti Eldəniz Zeynalovun oğlu Məmməd Zeynalovun vəziyyəti yenidən ağırlaşıb.
“Elgizlə izlə” proqramına qatılan Məmməd sağ əlinin tamamilə işləmədiyini və səhhətinin günbəgün daha da pisləşdiyini bildirib:
“Təzyiqim 260-a qalxıb, əlim, ayağım əsir. İflic oluram. Analiz versəydim bilərdim dərdim nədir. Hər zaman üzərimdə 4 dərman gəzdirirəm. Çünki çox qorxuram. Əsmə başlayanda elə olur hamısını birdən içirəm. Bilmirəm xəstəliyim nədir. Masazırda yaşayıram. Teatr tərəfindən mənə təqaüd verilir, onunla dolanıram”.
Verilişə dəvət olunan həkimlər isə onun təcili olaraq ilk növbədə nevropatoloq müayinəsindən keçməli olduğunu bildiriblər.
Saglamolun.Az