Bakıda tanınmış məktəb sabahdan distant təhsilə keçir

"Ankara Məktəbi" məktəb-liseyi distant təhsil sisteminə keçib.

Metbuat.az xəbər verir ki, bu barədə məktəbin direktoru Səmayə Eynullayeva məktəb heyətini məlumatlandırıb.

Şagird və müəllimlər arasında yoluxma hallarının sayının artması məktəb-liseyin 14 günlük distant təhsilə keçməsini zəruri edib. Məlumata görə, Təhsil naziri Emin Əmrullayev bununla bağlı müvafiq əmr verib.

Saglamolun.Az