Azərbaycanda hansı hallarda 16-18 yaşlı yeniyetmələrə COVID-19 əleyhinə “mRNT Pfizer” (Comirnaty) peyvəndinin vurulacağı məlum olub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yaşı 16-18 olan xaricdə təhsil alan və xroniki xəstəlikdən əziyyət çəkən yeniyetmələr peyvənd olunacaqlar.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycanda istisna hallarda 16-18 yaşlı yeniyetmələrə COVID-19 əleyhinə “mRNT Pfizer” (Comirnaty) peyvəndi vurulacaq.
Saglamolun.Az