"Hazırda vahid məktəbli formaları ilə bağlı yeni qərar yoxdur".
Lent.az xəbər verir ki, bu sözləri təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, yeni formalar hazırlansa da, qərar qəbul olunmayıb:
"Buna görə də hər kəs aldığı məktəbli forması ilə dərsə gələ bilər".
Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu isə məktəbli formaları barədə bu sözləri deyib:
"Yeni formalar qəbul edilsə də şagirdlər köhnə formaları ilə məktəblərə gələ biləcəklər. Formaya keçid mərhələlərlə olacaq"
Saglamolun.Az