Qaraciyəri bərpa edən, qurdları öldürən MÜALİCƏVİ YAĞ

Qədim zamanlarda balqabaq yağı müalicəvi məhsul kimi çox yüksək qiymətləndirilir və geniş istifadə olunurdu.

Avropada balqabaq yağı butulkasının qiyməti qızıl üzüyün qiymətinə bərabər idi. Avropada balqabaq yağı yalnız müalicəvi vasitə kimi istifadə olunurdu.

Saglamolun.az bildirir ki, balqabaq yağı balqabaq tumlarından hazırlanır. Onun tərkibində bir çox vitaminlər (A, B1, В2, В6, C, E, K, P, PP), fosfolipidlər, flavonoidlər, minerallar (dəmir, maqnezium, sink, selen, kalsium, kalium və s.), Omeqa-3 və Omeqa-6 yağlı turşular var.

Belə zəngin tərkib balqabaq yağını insan orqanizmi üçün çox faydalı edir.

- Balqabaq yağı çox güclü qurdqovucu təsirə malikdir. Bu xüsusilə uşaqlar üçün vacibdir. Qurd əleyhinə dərmanlarla müqayisədə balqabaq yağının heç bir toksiki və s. ziyanlı yanaşı təsiri yoxdur.

- Balqabaq yağının digər qiymətli xüsusiyyəti qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq, qaraciyəri bərpa etmək xüsusiyyətidir.

- A vitamini ilə zəngin balqabaq yağı görmə üçün də çox faydalıdır.

- İmmun sisteminə müsbət təsir edir.

- Damarların sağlamlığını qoruyur, aterosklerozun inkişafını ləngidir.

- Bağırsaqların fəaliyyətini yaxşılaşdırır.

- Orqanizmdə qocalma prosesləri ləngidir.

- Dərini cavanlaşdırır.

Naturopat həkimləri (təbii vasitələrlə müalicə edən mütəxəssislər) balqabaq yağını hər axşam yeməkdən 30-40 dəqiqə sonra 1 ç.q. olmaqla qəbul etməyi tövsiyə edirlər.

Saglamolun.Az




loading...

15-20 yaş daha cavan görünməyin YOLLARI

HƏKİMLƏR

Güloğlan Quliyev

Güloğlan Quliyev

Terapiya

Terapevt İş stajı – 25 il

Ətraflı...
Vaqif Yaqubov

Vaqif Yaqubov

Manual terapiya

Vertebro-nevroloq, manual terapevt Tibb üzrə fəlsəfə doktoru İş stajı – 15 il

Ətraflı...
Həmidə Səlimzadə

Həmidə Səlimzadə

Allerqologiya

Həkim-allerqoloq İş stajı - 8 il

Ətraflı...

 


Яндекс.Метрика