Məktəblərin açılması ilə bağlı RƏSMİ AÇIQLAMA

“Yeni tədris ilinin başlanması ilə bağlı vəziyyət təhlil olunur”.

Bunu Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov “Facebook” hesabında qeyd edib.

Onun sözlərinə görə bu sahədə aparıcı beynəlxalq qurumların tövsiyələri araşdırılır və buna uyğun olaraq fəaliyyət istiqamətləri müəyyən ediləcək:

“Tədrisin bütün pillələr üzrə hansı tarixdə və formada təşkil ilə bağlı qəbul ediləcək qərarlara dair çox yaxın günlərdə ətraflı məlumat veriləcək”.

 

Saglamolun.Az