Əməkdar artistin baldızı: Zöhrə xanımın vəziyyəti yaxşı deyil...



"Zöhrə xanımın vəziyyəti yaxşı deyil, səhhəti olduqca ağırdır. Burada gizlətməli bir şey yoxdur, Allahın verdiyi dərddir. Zöhrə xanım çox düşüb. Bir müddətdir xəstəxanada həkim nəzarətindədir.

Ancaq həkimlərlə əlaqə saxlaya bilirik, özü ilə danışa bilmirik, heç danışmağa halı da yoxdur. Həkimlər əllərindən gələni edirlər, ümid Allahadır".
 
Bunu Moderator.az -a açıqlamasında Əməkdar artist Zöhrə Abdullayevanın baldızı Ulduz Məmmədova deyib.
 
O daha sonra əlavə edib:
 
"Səriştəsiz jurnalistlərə səslənirəm, adam ölməmiş onu öldürməzlər. Şəkilini qoyub yazırlar ki, Allah rəhmət etsin. Hələ ölməyib, öləndən sonra nə qədər istəyirsiz paylaşarsınız. Bu gündən sabaha ümid yoxdur, həyat möcüzələrlə doludur. Bəlkə elə mən ondan tez öldüm?! Bazar ertəsini gözləyirik, ya xəstəxanada qalıb müalicəsini davam etdirəcək, ya da çarəsiz şəkildə onu evə gətirəcəyik. Zöhrənin oğlundan başqa həyatda övladı yox idi, o da dünyasını dəyişdi. Yeri gəlmişkən mayın 24-də oğlunun ildönümüdür, həkim söz verib ki, yaxşılaşsa gəlib onu xəstəxanada ziyarət edərsiniz".

Saglamolun.Az