Загрузка...

Ən sınanmış təbii qurdqovucu vasitələr. RESEPTLƏR

Qurd xəstəlikləri ən yayılmış xəstəliklərdən biridir. Bu xəstəliklərə xüsusilə tez-tez uşaqlarda təsadüf edilir.

Qurdlar insanın bir çox orqan və sistemlərinə mənfi təsir edir, xroniki intoksikasiyaya (zəhərlənmə) səbəb olur.

Xalq təbabətində bir çox sınanmış qurdqovucu vasitələr istifadə olunur:

- Sarımsaq südlə.

2-3 diş sarımsaq əzilir, üzərinə 1 stəkan qaynar süd tökülür və 20 dəqiqə ərzində dəmlənir, sonra süzülür və gün ərzində 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla kiçik qurtumlarla içilir. Müalicə kursu - 1 həftə.

- Yovşan dəmləməsi

1 çay qaşığı ot 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənir, süzülür və gün ərzində 3 dəfə yeməkdən əvvəl 2 xörək qaşığı olmaqla qəbul olunur.  Müalicə kursu - 1 həftə.

- Nar qabığı dəmləməsi

1 orta ölçüdə narın qabıqları yuyulur, doğranılır, üzərinə 1 stəkan qaynar su tökülür və qaynara düşənə kimi qızdırılır. Sonra soyuyana qədər qapağı bağlı qazanda saxlanır, süzülür və gün ərzində 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla içilir. Müalicə kursu - 5 gün.

- Qırmızı soğan

Soğanın şirəsini sıxın və gün ərzində 3 dəfə 1 çay qaşığı olmaqla qəbul edin. Müalicə kursu - 1 həftə.

- Küncüt yağı

Bu sınanmış qurdqovucu vasitədir. Gün əzrində 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı olmaqla qəbul edin. Müalicə kursu - 10 gün.

- Balqabaq tumları

Bu çox tanınmış qurdqovucu vasitədir. Hər gün 1 ovuc təmizlənmiş tum yemək lazımdır.

- Yerkökü şirəsi

Həm dadlı, həm də çox təsirli təbii dərmandır. Gün ərzində 1 stəkan kök şirəsini içmək lazımdır.

- Noxud

Xalq təbabətində qurdqovucu vasitə kimi çox geniş istifadə olunur. Hər gün 1 ovuc bişmiş noxud yeyin.

Sizdə hər hansı xroniki xəstəliklər varsa, bu reseptlərdən istifadə etdikdən əvvəl həkimlə məsləhətləşin.


Saglamolun.Az

.
Загрузка...
.

Şərhlər  

#1 fidan 22.01.2016 16:12
salam.menim qizimin 4 yawi var.her gun qarin agrilari olur ve esebilik arada qebzlik ve qawinmada olur.deyirler qurd var ona goredi.birde boyrekleri biraz zeifdi.bu reseptlerden istifade ede bileremmi ona?evelceden tewekkur edirem
#2 Administrator 22.01.2016 18:32
Цитирую fidan:
salam.menim qizimin 4 yawi var.her gun qarin agrilari olur ve esebilik arada qebzlik ve qawinmada olur.deyirler qurd var ona goredi.birde boyrekleri biraz zeifdi.bu reseptlerden istifade ede bileremmi ona?evelceden tewekkur edirem


Bu vasitələr böyüklər üçün nəzərdə tutulub. Uşaq üçün dozalar 2-3 dəfə azaldılmalıdır. Uşağa verdikdən əvvəl mütləq pediatrla məsləhətləşin.

loading...
.

HƏKİMLƏR

Naibə Həsənova

Naibə Həsənova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 13 il

Ətraflı...
Rauf Sadıqov

Rauf Sadıqov

Neyrocərrahiyyə

Beyin ve omur ilik cərrahiyyəsi (neyrocərrah) İş stajı - 11 il

Ətraflı...
Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика