Tədris ilinin vaxtı uzadılacaq? - Rəsmi açıqlama

2020-2021 tədris ilinin uzadılması ilə bağlı hələlik heç bir qərar yoxdur.

Bunu Modern.az-aTəhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib.

O qeyd edib ki, orta məktəblərdə tədris ilinin son tarixi haqqında dəyişiklik olmayacaq:

"Tədris ili əvvəlki qaydada – iyun ayının 14-də sonlanacaq”.

Qeyd edək ki, Təhsil Nazirliyi Kollegiyasının müvafiq qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində 17 may 2021-ci il tarixindən əyani tədris forması qismən bərpa ediləcək.

Saglamolun.Az