2 yaşlı uşaq 6-cı mərtəbədən yıxıldı - burnu belə qanamadı

Türkiyənin Sultanqazi qəsəbəsində yaşayan 2 yaşlı uşaq 6-cı mərtəbədən yıxılaraq avtomobilin oturacağına düşüb.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəsəbənin Esentepe məhəlləsində baş verən hadisədə 2 yaşlı Selim Karagöz 6-cı mərtəbədən düşərək avtomobilin şüşəsini qırıb və ön oturacağa düşüb. Hadisədən sonra xəstəxanaya aparılan uşağın hazırda vəziyyəti yaxşıdır.

Hadisə haqqında danışan uşağın babası Faiq Karagöz bildirib ki, hadisə baş verəndə namaz qılmaq üçün məscidə gedib:

Baş naziri üç dəfə su dalınca göndərən aşpaz: “Prokuror mənə yemək bişirdi”
"Gəlinim zəng edən kimi evə qayıtdım. Hadisəni görən qonşular tez uşağı avtomobildən çıxarıb. Nəvəm möcüzəvi şəkildə xilas olub, burnu belə qanamayıb".

Saglamolun.Az