Anal fistula – anal kanalla anus ətrafı dəri arasındakı qeyri-normal yoldur. Fistula yolu tunelə bənzəyir, bağırsaq ətrafı yerləşmiş sfinkterlərə münasibətə görə klassifikasiya olunur. Fistula yolu həmişə düz olmur, 1-2 və ya çoxsaylı şaxələri də ola bilir (mürəkkəb forma).
Səbəbi: 90% hallarda bağırsaq ətrafı yerləşmiş anal vəzilərin infeksiyalaşmasıdır. Əvvəlcə infeksiya fonunda abses formalaşır. Absesin spontan və ya cərrahi drenajından sonra fistula formalaşır.
Digər yanaşı yaranma səbəbləri:
Kron xəstəliyi;
Travma;
Radioterapiyadan sonra;
Vərəm;
Kanser;
Cinsi yolla yayılmış xəstəliklər və s.
Fistula nə qədər ciddi problemdir?
Əgər müalicə olunmazsa infeksiyanın yayılması, həyat üçün təhlükəli sepsis baş verə bilər.
Müalicəsi: Ən optimal müalicə növü cərrahidir. Fistula yolunun mürəkkəbliyindən asılı olaraq əməliyyat 2-3 etaplı da olur. Əməliyyatöncəsi müayinə – xüsusən kontrastlı çanaq MRT-si kolonoskopiya məsləhətdir.
Kanserə çevrilə bilərmi?
Uzun müddət fistula yolundan xaric olan irinli ifrazat dərini və ya ətraf toxumanı qıcıqlandırıb kanser riskini artırır.
Unutmayaq ki, fistula mürəkkəb patologiyadır, müalicəsi ilə bu sahədə ixtisaslaşmış həkim məşğul olmalıdır.
Nəzakət Abdullayeva
Ümumi cərrah – Proktoloq
Saglamolun.Az