Xərçəngdən əziyyət çəkən Zülfiyyə yenidən əməliyyat olundu

Aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşı, aparıcı Zülfiyyə Bayramova yenidən əməliyyat olunub.

Axşam.az xəbər verir ki, xərçəngdən əziyyət çəkən Bayramova bunla bağlı özü məlumat yayıb. O bildirib ki, əməliyyat uğurlu keçib.

Qeyd edək ki, mədəsində şiş aşkarlanan aparıcı 2018-ci ildə əməliyyat olunmuşdu. Bir neçə gün əvvəl o, səhhətində problem yarandığını, qanazlığından əziyyət çəkdiyini açıqlamışdı.

Saglamolun.Az