Загрузка...

Bu maddə xərçəng şişlərinin böyüməsini 100 dəfə artırır!

Kaliforniya Universiteti (ABŞ) alimləri araşdırma nəticəsində aşkar ediblər ki, xolesterin insan orqanizmində xərçəng şişlərinin böyüməsinə təsir edir.

Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, arşdırmanın nəticələri Cell Stem Cell jurnalında dərc olunub.

Alimlər siçanlar üzərində aparılmış eksperimentlər zamanı aşkar ediblər ki, xolesterinin səviyyəsinin artması bağırsaqda xərçəng şişinin böyüməsini 100 dəfə sürətləndirir.   

Alimlərin fikrinə görə, bu kəşf yoğun bağırsaq xərçənginin müalicəsində kömək edəcək.

Lakin alimlər qeyd edir ki, xolesterindən tam imtina etmək düzgün deyil. Xolesterin orqanizm üçün həyati vacibdir. Xolesterin D vitamini, hormonların sintezində iştirak edir, hüceyrələrin membranlarına daxildir, həzmə kömək edir.

Alimlər qidalanmada "pis" xolesterinin səviyyəsini azaltmağa, "yaxşı" xolesterinin səviyyəsini isə əksinə artırmağa çağırır. Bunun üçün qidalanmada qırmızı və emal olunmuş ətin (kolbasa, sosis və s.) miqdarını azaltmaq, balıq və dəniz məhsulları, meyvə-tərəvəz, yarmalar, qoz-fındıq, paxlalar, zeytun yağı kimi məhsulların miqdarını artırmaq lazımdır.  


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Vəfa Paşazadə

Vəfa Paşazadə

Dietologiya

Ümumi cərrah, bariatric dietoloq, sağlam qidalanma üzrə mütəxəssis. İş stajı -...

Ətraflı...
Cəmil İskəndərov

Cəmil İskəndərov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 13 il

Ətraflı...
Afət Çəndirli

Afət Çəndirli

Fizioterapevt

Fizioterapevt-Reabilitoloq İş stajı: 10 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика